• Təməlində sevgi var
  • Telefon : (055) 224-56-26

Haqqımızda

2017-ci ildə təsis edilmiş, Azərbaycanda fəaliyyət göstərən özəl nəşriyyat şirkəti “ÇİNAR YAYIMLARI” Nəşriyyatı sizə təqdim edilən bütün məhsullarda yenilikləri və texnologiya cəhətdən uyğun proqramları tətbiq və inkişaf etdirir.

Qısa müddətdə "Çinar Yayımları" Nəşriyyatı “təhsilə açılan bir pəncərə” yeni bir nəfəs, yeni bir yol olmaqla, nəşrləri ilə Azərbaycanda müəllim və şagird mərkəzli çalışan nadir nəşriyyatlardan biridir.

Təhsil sahəsində keyfiyyətli nəşriyyatın olmaması "Çinar Yayımları" Nəşriyyatının meydana çıxmasına stimul oldu. Zəngin resursları və uğurları ilə nəşrlərimiz fəaliyyətə başladığımız ildən ən doğru seçimdir. Bu müvəffəqiyyətli işlərdən güc alaraq, təhsil sahəsindəki xidmətlərini gündən-günə artırmaqda və yeniləməkdədir. Biz düşünürük ki, şagirdlərin təhsilinə kömək edən vasitələr şagirdə həqiqi mənada faydalı olmalı və təhsilindəki müvəffəqiyyətini artırmalıdır. Məktəbdəki uğuru ilə yanaşı, tələbə olmaq arzusunda da onları imtahanlarda ən yaxşı şəkildə dəstəkləməlidir. Bunlar nəzərə alınmaqla, şagirdlərin keyfiyyətli köməkçi resurslara ehtiyacı olduğunu tamamilə anlayırıq.

Missiyamız

İnnovasiyaları təqib edərək, araşdıraraq və çox çalışaraq keyfiyyəti əsas prinsip alaraq hər yaşdan olan şagirdin məqsədinə nail olması üçün yorulmadan çalışırıq. Çünki bizim üçün hər kəsin müvəffəqiyyəti və xoşbəxtliyi çox vacibdir.

Dəyərlərimiz

Etibarlılıq – Biz öz əməkdaşlarımız və tərəfdaşlarımızla işimizi etibarlı əməkdaşlıq, qarşılıqlı inam və hörmətə əsaslanan münasibətlər üzərində qururuq.

Mükəmməllik və innovasiya – "Çinar Yayımları" Nəşriyyatı, təcrübəli və bu sahədə mütəxəssis təhsil işçiləri tərəfindən hazırlanan ibtidai sinif, uşaq ədəbiyyatı, məktəbəqədər təhsil kitabları ilə birlikdə, fərdi və mədəni inkişafı dəstəkləyən nəşrləri də özündə ehtiva edir. Biz bütün layihələrimizdə mükəmməlliyi hədəf götürür və texnologiyaların tətbiqində daim müasir və innovativ üsullardan istifadə edirik.

Komanda işi – Biz hər bir əməkdaşımızın və tərəfdaşımızın bacarıq və gücünə inanaraq, ümumi missiyamız uğrunda səylərimizi birləşdiririk.