• Təməlində sevgi var
  • Telefon : (055) 224-56-26
about image

Rəhbərlik

Təhsil sahəsinə keyfiyyətli nəşrlərlə addım atan "Çinar Yayımları" Nəşriyyatı, hər gün ibtidai məktəbdən universitetə qədər olan nəşrləri genişləndirməyə və onları şagirdlərimizə və müəllimlərə təqdim etməyə davam edir.

Biz düşünürük ki, şagirdlərin təhsilinə kömək edən vasitələr şagirdə həqiqi mənada faydalı olmalı və təhsilindəki müvəffəqiyyətini artırmalıdır. Məktəbdəki uğuru ilə yanaşı, tələbə olmaq arzusunda da onları imtahanlarda ən yaxşı şəkildə dəstəkləməlidir. Bunlar nəzərə alınmaqla, şagirdlərin keyfiyyətli köməkçi resurslara ehtiyacı olduğunu tamamilə anlayırıq.

Bu prinsipi rəhbər tutub məktəb nəşriyyatına yenilik gətirərək, "Çinar Yayımları" Nəşriyyatı, şagirdlərimizin müvəffəqiyyətini şagird və müəllim mərkəzli təhsil metodikası ilə artıraraq, müəllimlərimizə biliklərini şagirdlərə daha faydalı şəkildə çatdırmağa imkan verən yayım anlayışını inkişaf etdirmişdir.

Yaşadığımız 21-ci əsrdə informasiya əsrinin zirvəsindəyik. Elə buna görədir ki, müasir informasiya və texnologiya təhsili sistemlərinin əvəzsiz rolunu nəzərə alan "Çinar Yayımları" Nəşriyyatı, nəşrlərin məzmununu bu günə qədər keyfiyyəti ön planda tutaraq hazırlayır. Çinar yayımları, Təhsil və Tədris sahəsində, bütün yenilikləri izləyərək təcrübəli kadrların proqnozları ilə bütün bu dəyişiklikləri və inkişafları dəstəkləyərək öz nəşrlərində bunlara diqqət edərək təhsil sektoruna töhfəsini verməkdən fəxr duyur.

Hörmətlə: "Çinar Yayımları" Nəşriyyatı-nın direktoru BƏHRAM ORUCLU