• Təməlində sevgi var
  • Telefon : (055) 224-56-26
about image

Loqo

“ÇİNAR YAYIMLARI” Nəşriyyatı-nın loqosunda ilk gözə çarpan simvol çinar yarpağıdır. Yarpağın ehtiva etdiyi rənglər Azərbaycan bayrağını təmsil edir. Şəkildəki qələm təsviri isə ilk baxışdan loqonun təhsil sahəsinə aid olduğunu göstərmək üçün çinar yarpağına əlavə edilmişdir. Çinar - güc, uzun ömür, dayanıqlılıq və ucalıq rəmzidir. Çinar ağacının əsas xüsusiyyətlərindən biri kökünün torpağın ən dərin qatlarına uzanaraq, oradakı suyu və mineralları ən uzaqdakı yarpağına ötürməsidir. Biz də "Çinar Yayımları" Nəşriyyatı olaraq təhsil sahəsində ən dərin bilikləri şagirdlərə güclü, dayanıqlı və uzun ömürlü şəkildə çatdırmağı hədəfləyirik və bu da bizim təhsildə ucalığımızın nişanəsidir.