• Təməlində sevgi var
  • Telefon : (055) 224-56-26
Azərkitab – kitab təbliğat mərkəzi
Facebook səhifəmizi bəyənin

Azərkitab – kitab təbliğat mərkəzi

“Azərkitab – kitab təbliğat mərkəzi” ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş 1-ci “Kitab Festivalı” keçirdi. Tədbirin məqsədi gənc nəslin milli ruhda yetişməsi, nitq və təfəkkürünün formalaşması üçün kitaba marağı artırmaqdır. Təbliğat mərkəzi artıq 1 ildir fəaliyyətdədir və bu müddətdə bir sıra layihələrə imza atıb. Biz də “ÇİNAR YAYIMLARI” nəşriyyatı olaraq tədbirdə iştirak etdik. Tədbirdə "Çinar Yayımları" nəşriyyatı tərəfindən şirkətin baş direktoru Bəhram Oruclu və direktor müavini Əli Hənəfiyev iştirak etmişdir.
Festival iştirakçılarının fikrincə, bu tədbir gənclərin maariflənidirilməsi istiqamətində atılan növbəti böyük addımdır.
Açıq havada təşkil olunan festival insanların böyük marağına səbəb oldu. Qeyd edək ki, “Azərkitab – kitab təbliğat mərkəzi” 2017-ci ilin məhz bu günü yaradılıb. Çinar Yayımları şirkəti olaraq mərkəzin layihə rəhbəri Sabir Həsənovu və mərkəzin direktoru Misirxan Həsənovu təbrik edir, gələcək layihələrində uğurlar arzulayırıq.