• Təməlində sevgi var
  • Telefon : (055) 224-56-26
Cəmilə Əsgərova mükafatla təltif olundu
Facebook səhifəmizi bəyənin

Cəmilə Əsgərova mükafatla təltif olundu

“İSMF” (İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu) Təşkilat Komitəsi tərəfindən təhsil sahəsində  fəaliyyət göstərən, öz peşəkarlığı ilə seçilən müəllimlərə minnətdarlığımızı ifadə etmək məqsədilə Azərbaycan müstəqillik tarixinin ilk Maarif  Naziri olmuş Nəsib bəy Yusifbəylinin adını daşıyan mükafat təsis olunmuşdur.

8 sentyabr 2018-ci il tarixində 1500 təhsil işçisinin iştirakı ilə baş tutan  “İSMF”-da

Nəsib bəy Yusifbəyli Mükafatı 3 nəfərə təqdim olunmuşdur.  Dövlət ibtidai sinif  Riyaziyyat dərsliklərimizin həmmüəllifi, yeni kurikulum sisteminə uyğun dərsliklərin əmələ gəlməsində böyük zəhmət və fədakarlıq nümayiş etdirən Cəmilə Əsgərova mükafatla təltif olundu.