• Təməlində sevgi var
  • Telefon : (055) 224-56-26
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş Bilik Yarışı
Facebook səhifəmizi bəyənin

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş Bilik Yarışı

27 May 2018-ci il saat 10:00-da Müasir İnnovasiyalar Liseyində Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuş "4 - cü siniflərin Bilik yarışı" keçirildi.
Müasir İnnovasiyalar Liseyinin direktoru Sevinc Vaqif qızı Əliyeva yarışın təşkilatçıları və məqsədi haqqında məlumat verdi. Natiq əsas məqsədlərinin şagirdlərə stimul vermək, beynəxalq təcrübənin paylaşılması olduğunu söylədi. Cümhuriyyətin 100 illiyinin şagirdlərin yaddaşlarında gözəl hiss və həyəcanla, unudulmaz olaraq qalmasına çalışdıqlarını qeyd etdi.
Yarış ödənişsiz əsaslarla təşkil edilmişdir.Təşkilati dəstək Nəsimi Rayon İcra Hakimiyyəti, Odlar Yurdu Universiteti, Türkiyə Cümhuriyyətinin ən böyük imtahan sisteminə malik OKULİSTİK şirkəti, ÇİNAR YAYIMLARI və MÜASİR İNNOVASİYALAR LİSEYİ tərəfindən edilmişdir. Akademik dəstək British School in Baku və AZERCELL telecom tərəfindən göstərilmişdir. 
Okulistik şirkətinin rəsmi tərəfdaşı olan “Çinar Yayımları” nəşriyyatının baş direktoru Bəhram Oruclu və baş redaktoru Əli Hənifəyev yarışa qatılan şagirdlərin statistikası və pilot layihə barədə məlumat verdilər. Nəzərinizə çatdırırıq ki, yarışda Respublikanın bütün bölgələrindən 40 rayondan 150-yə yaxın məktəbdən Azərbaycan bölməsi üzrə IV sinif üzrə seçilmiş 381 əlaçı şagird iştirak etmişdir. Yarışa qeydiyyat online formada aparılmışdır. 
Şagirdlər Azərbaycan dili, Oxuyub –anlama,Rriyaziyyat, İngilis dili, Məntiq,Həyat bilgisi fənləri üzrə özlərini sınadılar. Yarış imtahan formasında aparıldı.Ölkənin təhsil sistemində tam yeni, pilot layihə formasında keşirilən yarışın üstünlüyü 2 dövlət bir millət olan Türkiyə-Azərbaycan münasibətlərinin təhsil sistemində də birliyinin nümayiş etdirilməsi, təcrübə mübadiləsinin aparılması, sualların video həlli, kodlaşma vərəqinin online qrafik təsvirinin edilməsi haqda iştirakçılar və valideynlərə məlumat verildi.