• Təməlində sevgi var
  • Telefon : (055) 224-56-26
Güləbətin Tağıyeva mükafatla təltif olundu
Facebook səhifəmizi bəyənin

Güləbətin Tağıyeva mükafatla təltif olundu

 “İSMF” (İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu) Təşkilat Komitəsi tərəfindən təhsil sahəsində  fəaliyyət göstərən, öz peşəkarlığı ilə seçilən müəllimlərə minnətdarlığımızı ifadə etmək məqsədilə Azərbaycan müstəqillik tarixinin ilk Maarif  Naziri olmuş Nəsib bəy Yusifbəylinin adını daşıyan mükafat təsis olunmuşdur.

8 sentyabr 2018-ci il tarixində 1500 təhsil işçisinin iştirakı ilə baş tutan  “İSMF”-da

Nəsib bəy Yusifbəyli Mükafatı 3 nəfərə təqdim olunmuşdur.  26 may 2018-ci il tarixində Cümhuriyyətin 100 illiyinə həsr olunmuş “Bilik Yarışı”nın qalibi Tunar Əvilovun sinif rəhbəri 238 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Güləbətin Tağıyeva müfafatla təltif olundu.