• Təməlində sevgi var
  • Telefon : (055) 224-56-26
“Turkaz magazine” (@turkazmagazine ) jurnalının təqdimat mərasimi
Facebook səhifəmizi bəyənin

“Turkaz magazine” (@turkazmagazine ) jurnalının təqdimat mərasimi

"Hyatt Regency Baku" otelində Türkiyə və Azərbaycanın ortaq nəşri olan “Turkaz magazine” (@turkazmagazine ) jurnalının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində bir sıra mətbuat nümayəndələri, millət vəkilləri və sahibkarlar iştirak etmişdir. Tədbirdə "Çinar Yayımları" MMC-tərəfindən şirkətin baş direktoru Bəhram Oruclu iştirak etmişdir.
Jurnalın Türkiyə üzrə rəhbəri Yeganə Quliyeva və onun kollektivini təbrik etmək üçün "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva , Proaktiv şirkətinin direktoru Şahanə Sarı, Azərbaycan-Türk Qadınlar Birliyinin, “Azərbaycan-Türkiyə Evi”nin sədri, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Tənzilə Rüstəmxanlı, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov və başqaları olmuşdur.
"Çinar Yayimlari" şirkəti olaraq biz də, “Turkaz magazine” jurnalının gələcək fəaliyyətinə davamlı uğur və çox saylı oxucu kütləsi arzulayırıq.