• Təməlində sevgi var
  • Telefon : (055) 224-56-26
İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİNİN 2-Cİ TƏHSİL FORUMU
Facebook səhifəmizi bəyənin

İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİNİN 2-Cİ TƏHSİL FORUMU

Yeni təhsil ilinin başlaması münasibətilə və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olaraq İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumu keçiriləcəkdir. Forum “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq.

Çinar Yayımları xəbər verir ki, Forum 8 sentyabr 2019-cu il tarixində ibtidai sinif və məktəbəqədər hazırlıq müəllimlərinin, həmçinin təhsil sahəsində öz sözünü demiş aparıcı təhsil işçiləri, professor və ekspertlərin iştirakı ilə həyata keçiriləcək. Yaxın günlərdə spikerlərin adları və mövzularla bağlı mətbuat açıqlaması ediləcəkdir. Forumda iştirak ödənişsizdir. www.cinaryayimlari.com saytı vasitəsilə əvvəlcədən qeydiyyatdan keçmək zəruridir. 

İSMF-nin (İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumu) təşəbbüskarı olan“Çinar Yayımları” MMC gələcəyimiz olan uşaqlar üçün yüksək texnologiya və müasir standartlara uyğun keyfiyyətli dərs vəsaitləri nəşr edir. “Təməlində sevgi var” sloqanı ilə fəaliyyət göstərən nəşriyyat mütəmadi olaraq şagird və müəllimlər üçün müxtəlif sosial, interaktiv layihələr, beynəlxalq standartlara uyğun sınaq imtahanlarıda həyata keçirir.

           Daha ətraflı: Tel.: (+99455) 224 56 26

            www.facebook.com/cinaryayimlari

 

          www.instagram.com/cinar_yayimlari