2 класс Зарядка Для Ума Цифровая Логика
- 7.00 AZN
Məntiq-məktəblərimizdə fənn olaraq tədris olunmasada, övladınızın çevik düşünmə, düzgün qərar qəbul etmə, liderlik, hazırcavablıq kimi keyfiyyətləri özündə cəmləşdirməsində əvəzsiz rola malikdir. Bununla yanaşı kurikulum təhsil sisteminin birbaşa məntiqi təfəkkürə söykənməsi, övladınızın gələcək təhsil və iş həyatının bütün mərhələlərində məntiqdən imtahan verməsi məcburiyyəti məntiq tədrisinin nə dərəcədə aktual olduğunun göstəricisidir. "Çinar Yayımları" ibtidai siniflərdən başlayaraq məntiqin keffiyyətli şəkildə tədrisini təmin etmək məqsədilə "Beyin Gimnastikası" adı altında bütün məntiq proqramını əhatə edən və ibtidai sinif riyaziyyat dərsliklərinə uyğun; Beyin Gimnastikası Rəqəmli Məntiq (A seriyası) və Beyin Gimnastikası Şəkilli Məntiq (B seriyası) kitablarını hazırlamışdır.
2-ci sinif Beyin Gimnastikası Şəkilli Məntiq kitabı ilə Siz, məntiqin- Tərəzilər, Kublar, Cədvəllər, Şəbəkələr, Qrafiklər və s. mövzuları öyrənəcəksiniz. Hər bir mövzulara uyğun, mövzu izahları və nümunə sualların həlli verilmişdir. Testlər- Asan, Orta və Çətin səviyyə olaraq hazırlanmışdır. Həll edə bilmədiyiniz sualları TEXNO ÇİNAR mobil tətbiqindən istifadə edərək baxa bilərsiniz.
Diqqət: Xahiş olunur ki, yalnız holoqramlı kitabları əldə edəsiniz.