Mayın 3-də Sumqayıt Dram Teatrında Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyinin, “Çinar yayımları” nəşriyyatı, “Təhsil” nəşriyyatı və Everest nəşriyyatının təşkilatçılığı ilə “İbtidai sinif müəllimlərinin Sumqayıt forumu” keçirilib.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş forumun məqsədi ibtidai sinif müəllimlərini bir araya toplamaq, onların əməkdaşlıq və təcrübə paylaşımı etməsinə, eyni zamanda, elmdə müasir yanaşmalarla tanış olmalarına imkan yaratmaqdır. Forumda Abşeron-Xızı Regional Təhsil İdarəsinə tabe ümumi təhsil müəssisələrinin 400-ə yaxın ibtidai sinif müəllimi iştirak edib.

İbtidai Sinif Müəllimlərinin Sumqayıt Forumu
- Əlavə edilib: 2024-05-07
- Baxış: 805